İnzibati Departamenti, İnzibati dəstək şöbəsinin Təmir Təsərrüfat işçisi
Şəhər
BakıKaryerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “İnzibati departamenti/Təmir Təsərrüfat işçisi” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə uyğun olaraq “Təmir Təsərrüfat işçisi ” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.
Struktur: İnzibati departamenti
Bilavasitə tabeçiliyi: Birbaşa rəhbər
Vəzifə öhdəlikləri:
- Davamlı olaraq Bankdaxili təmirə ehtiyac olan işlərin müəyyən edilməsi, lazımı təmir materiallarının siyahısının hazırlanması;
- Bankdaxili xırda təmir işlərinin görülməsi (rəngsaz,santexnik,elektrik,və.s);
- Bankın Baş Ofisində və filiallarında yaranan məişət-texniki problemləri həll etmək;
- Bankın struktur bölmələrindən daxil olmuş tələblər əsasında təmir işlərinin görülməsi;
Tələblər:
- İş təcrübəsi: minimum 2 il;
- Müvafiq peşə-ixtisas təhsili (arzuolunandır);
- Komandada işləmə bacarığı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər
CV göndər